Son günlərin havası maya xarakterikdir? - Nazirlikdən cavab

Son günlərin havası maya xarakterikdir? - Nazirlikdən cavab
11:15 12 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən hava şəraiti may ayı üçün xarakterikdir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, ötən gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu çoxillik iqlim normasından 2-3 dərəcə yüksək olub:

“Bu günki hava şəraiti isə may üçün səciyyəvidir. Küləkli, yağışlı hava şəraiti may ayı üçün xarakterikdir”.

Qeyd edək ki, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra dünəndən başlayaraq, ölkə ərazisində havanın temperaturu 9 dərəcəyədək enib.

Bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gündüz 18-21 dərəcə isti olacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR