Bakıda saat 17:00-da bu yollar bağlanacaq

IV İslam Həmrəylik Oyunlarının açılış tədbiri ilə əlaqədar, bu gün paytaxtdakı avtomobil yollarında hərəkət istiqaməti dəyişdiriləcək.

Bu barədə Metbuat.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. O qeyd edib ki, bu gün saat 17:00-da tədbirin keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə, paytaxtın Azneft meydanı, Neftçilər, Yusif Səfərov, Heydər Əliyev Prospektidə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Xəyalə Məmmədova / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR