Hamının gözü Türkiyədədir

ABŞ PKK-nın Suriyadakı qolu hesab edilən YPG-yə silah-sursat verəcəyinə dair qərarını reallaşdırıb.

Metbuat.az xəbər verir ki, silah-sursat artıq Suriya ərazisindədir. Silahlar arasında tanklar, zirehli maşınlar, ağır pulemyotlar, raketlər, "TOW" anti-tank mərmiləri, İngiltərə istehsallı artilleriya qurğuları, İspaniya istehsalı olan "TOW" tank əleyhinə mərmilər və xeyli sayda zirehli texnika var.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp PKK terror təşkilatının Suriyadakı qolu olan YPG qüvvələrinə hərbi yardım üçün Konqresə göstəriş vermişdi.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə YPG qüvvələrinə verilən hər silahın ölkəsinə qarşı təhdid olduğunu bildirib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR