ABŞ bu terrorçunun başına 10 milyon dollar mükafat qoydu

ABŞ bu terrorçunun başına 10 milyon dollar mükafat qoydu
11:42 12 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ "ən-Nusra" lideri barədə bəyanat yayıb.

Milli.Az islamazeri.com-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti "Nusra Cəbhəsi" terror təşkilatının başçısı Əbu Muhəmməd əl-Culanini tutmağa kömək edə biləcək məlumat üçün 10 milyon dollar miqdarında mükafat təyib edib.

Xatırladaq ki, adıçəkilən qruplaşma "Əl-Qaidə"nin qanadlarından biridir və əsasən Suriya ərazisində fəaliyyət göstərir. Əl-Culaninin özü isə artıq ABŞ-ın terrorçular siyahısına daxil edib və ona qarşı sanksiyalar tətbiq edilib.

Qeyd etmək lazımdır ki, "Nusra" terror qruplaşması bir çox cinayətlərin məsuliyyətini daşıyır. Onun fəaliyyəti nəticəsində minlərlə günahsız insan həlak olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR