Polşa səfiri Bakı Ali Neft Məktəbində olub

Polşa səfiri Bakı Ali Neft Məktəbində olub
11:42 12 May 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Polşanın Azərbaycandakı səfiri Marek Tsalka Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla görüşüb. 
Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfirə BANM-in yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən rektor iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb: “BANM-in yaranmasında əsas məqsədlərdən biri müasir standartlara cavab verən yüksək ixtisaslı kadrların yetişdirilməsidir. Azərbaycan və Polşa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir”.
Səfir Marek Tsalka Azərbaycan və Polşa arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğunu bildirib. O, Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəbin yaradılmasının sevindirici hal olduğunu və gənclərin mütəxəssis olaraq yetişməsində müsbət töhfə verəcəyini qeyd edib.
Səfir BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Polşanın müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkli dəstəyi verməyə hazır olduğunu bildirib.
Görüşün sonunda rektor səfirə “Fəxri qonaq” diplomunu təqdim edib.



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/polsa-sefiri-baki-ali-neft-mektebinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR