Gözlərinin rəngini dəyişən məşhur 150 əməliyyat keçirdi - FOTOLAR

Gözlərinin rəngini dəyişən məşhur 150 əməliyyat keçirdi - FOTOLAR
11:53 12 May 2017
123 Şou
Ölkə mətbuatı
A- A+

Özlərini "Barbie" personajına bənzədən qadınlardan sonra Londonda yaşayan braziliyalı Rodriqo Alves də bu arzuya düşüb. Üzündə və bədənində 150-yə yaxın plastik əməliyyat keçirən Rodriqo bu dəfə gözlərinin rəngini dəyişib.

Publika.az xəbər verir ki, Rodriqo görmə qabiliyyətini itirə biləcək riskli əməliyyatı Hindistanda gerçəkləşdirib.

Bu əməliyyat çox az ölkədə keçirilir. Gözlərdə anadangəlmə qüsur və ya görmə problemi olduğu halda gerçəkləşdirilir. Əməliyyat zamanı 2,8 mm-lik kəsik açılaraq gözə müdaxilə olunur.

İngiltərəli həkimlər heç bir halda bu riskli əməliyyata girməyi tövsiyyə etməsə də, Rodriqo bu əməliyyatı sadəcə gözlərinin rəngini dəyişdirmək üçün edib.

Əvvəl tünd qonur rəngdə olan gözlər indi açıq mavi rəngdədir. Həkimlərin sözünə görə bütün risklərə rəğmən əməliyyat uğurlu keçib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/198485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR