Amerikalı həmsədr: Minsk qrupu təslim olmur, dayanıqlı sülhün təmin edilməsi yollarını axtarır

Amerikalı həmsədr: Minsk qrupu təslim olmur, dayanıqlı sülhün təmin edilməsi yollarını axtarır
11:55 12 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmira Tariverdiyeva - Trend:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ABŞ-ın münasibəti tərəflərə münaqişənin sülh yolu ilə həllinin tapılmasında kömək göstərməkdən ibarətdir.

Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Onun sözlərinə görə, bu gün masada böhran vəziyyətindən çıxmaq üçün baza təklif və sənədləri var və heç kəs ondan imtina etməməlidir.

R.Hoqland sonra qeyd edib ki, daha bir problem odur ki, aprtıq neçə illərdir iki xalqın gənc nəsli bir-biri ilə ünsiyyət qurmur və bir-birinə etibar etmir, lakin yaşlı nəsil keçmişdə iki xalqın yanaşı yaşadığını xatırlayır.

O əlavə edib ki, Minsk qrupu 3 prinsipə söykənir: güc tətbiq edilməməsi, ərazi bütovlüyünün təmin edilməsi və xalqların öz müqəddəratını təmin etmək hüququ.

Amerikalı həmsədr qeyd edib ki, Minsk qrupu həmsədrləri münaqişənin həlli yolunun tapılması üçün daim münaqişə tərəfləri ilə işləyir: "Biz təslim olmuruq, tərəflər təslim olmur, heç kim təslim olmur. hamı dayanıqlı sülhün təmin edilməsiü üçün yollar axtarır".

Onun sözlərinə görə, Minsk qrupu tezliklə Azərbaycan və Ermənistan liderlərinin yeni görüşünün şahidi olmaq istəyərdilər:

"Sonunda yenə vurğulamaq istərdim ki, mən münaqişənin həlli ilə bağlı nikbinəm".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2752938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR