4 yaşlı qız sevgilisini tapmaq üçün evdən qaçdı - DÜNYA BU SEVGİDƏN DANIŞIR

4 yaşlı qız sevgilisini tapmaq üçün evdən qaçdı - DÜNYA BU SEVGİDƏN DANIŞIR
11:58 12 May 2017
172 Digər
Ölkə mətbuatı
A- A+

Hadisə Fransanın Touraine şəhərində qeydə alınıb. Fransa mediası 4 yaşlı qızın məhəbbətindan danışır.

Publika.az xəbər verir ki, babası ilə yaşayan kiçik qız əynində yataq paltarı, sevdiyi uşağı tapmaq üçün evdən qaçıb. Balacanın bir saat ərzində təxminən 3 kilometr piyada gedərək evdən uzaqlaşdığı deyilib.

Yerli vaxtla səhər saat 06:00-da evdən qaçan qızı 07 radələrində gecə klubundan çıxan bir qadın görüb və dərhal polisə xəbər verib.

Polislər tərəfindən babasına təhvil verilən balaca "Culyettanın" ertəsi gün Tourainedəki uşaq bağçasında sevgilisinə qovuşduğu bildirilib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR