Türkiyəli nazir Bakıya gəldi

Türkiyəli nazir Bakıya gəldi
12:13 12 May 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Nazirləri Konfransının Daimi Şurasının hazırlıq iclası işə başlayıb.

Publika.az xəbər verir ki, iclas media üçün qapalı keçirilir.

İclasda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərov, İƏT Baş katibliyinin, Səudiyyə Ərəbistanı Krallığının nümayəndəsi və digər tanınmış şəxslər iştirak edirlər.

İclasda iştirak etmək üçün bu gün səhər Türkiyənin gənclər naziri Akif Çağatay Kılıc Bakıya səfərə gəlib.

Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Gənclər və İdman Nazirlərinin 2016-cı ildə İstanbulda keçirilən 3-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, növbəti, 2018-ci ildə keçiriləcək İƏT-in Gənclər Nazirlərinin 4-cü Sessiyasına Azərbaycan ev sahibliyi edəcək.

İclasdan sonra jurnalistlərə açıqlama veriləcəyi nəzərdə tutulur.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/198497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR