İslamiada çərçivəsində bədii gimnastika üzrə yarışlara start verildi

İslamiada çərçivəsində bədii gimnastika üzrə yarışlara start verildi
12:15 12 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara start verilib.

Trend-in məlumatına görə, bu gün oyunlar çərçivəsində gimnastlar halqa və topla çıxış edəcəklər.

Azərbaycanı bu yarışlarda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edəcəklər.

Qeyd edək ki, bu gün açılış mərasimi keçiriləcək Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2752954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR