Sumqayıtda su problemi nə vaxt aradan qaldırılacaq? - RƏSMİ AÇIQLAMA

Sumqayıtda su problemi nə vaxt aradan qaldırılacaq? - RƏSMİ AÇIQLAMA
12:17 12 May 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən axşam saatlarından Sumqayıtın bir çox ərazilərinin su ilə təminatında ciddi problemlər yaranıb. Buna səbəb kanalizasiya borularının partlaması olub. Qəza nəticəsində Sumqayıtın Babək küçəsinin bir hissəsi, habelə Üzeyir Hacıbəyov küçəsi su altında qalıb. Su axını Sumqayıt Cümə Məscidinə qədər davam edib. Bununla da piyada və avtomobillərin hərəkətinə çətinliklər yaranıb. Hazırda ərazidə nəqliyyatın hərəkətinə heç bir problem yoxdur. Amma şəhərin müəyyən hissəsinə su hələ də verilmir.

Milli.Az xəbər verir ki, Sumqayıt Su-Kanal İdarəsinin rəisi Darvin Hüseynov xeberle.com-a verdiyi açıqlamada qəza olduğunu təsdiqləyərək bildirdi ki, dünən baş vermiş qəza nəticəsində Sumqayıtın təxminən 30 faiz ərazisinə su təminatı ilə bağlı problem yaranıb: "Hal-hazırda idarənin mütəxəssisləri qəza baş verən ərazidədirlər. Problemin aradan qaldırılması üçün müəyyən vaxt tələb olunur. Axşama qədər Sumqayıt şəhərinə suyun verilməsində heç bir problem olmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR