1,5 milyonluq helikopter 52 milyonluq yaxtaya çırpıldı - FOTO

1,5 milyonluq helikopter 52 milyonluq yaxtaya çırpıldı - FOTO
12:27 12 May 2017
Ölkə mətbuatı
A- A+

Norveçdəki Sandviken şəhərində helikopterlə yaxta toqquşub.

Milli.Az European-a istinadən bildirir ki, dəyəri 1,5 milyon dollar olan "Eurocopter AS-350B Ecureuil" helikopteri Şetland adalarından havaya qalxaraq Sandvikenə yönəlmişdi.

Helikopter 52 milyon dollar dəyərindəki "Barcarella" superyaxtasına enməli idi.

Lakin yaxtaya yaxınlaşan AS-350B-də qəflətən problem yaranıb və helikopter sürətlə aşağı düşərək yaxtaya çırpılıb. Az sonra isə AS-350B dənizə düşüb.

Qəzada 3 britaniyalı yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR