"Ailəm mənim yanımda görünmək istəmir" - Yaşar Yusub - VİDEO - FOTO

"Ailəm mənim yanımda görünmək istəmir" - Yaşar Yusub - VİDEO - FOTO
12:32 12 May 2017
125 Şou
Ölkə mətbuatı
A- A+

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Yaşar Yusub olub.

Milli.Az xəbər verir ki, digər həmkarları kimi az-az görünüb öz çəkisində və fanatlarının qəbul etdiyi dəyərdə qalmaq istəyən müğənni bu aktuallığını qoruyub saxladığını bildirib:

"Normal verilişlərə dəvət olunduğum zaman getməyə çalışıram. Çox yerlərə çağırırlar, getmirəm. Ona görə getmirəm ki, gedib görünüb pis olmaqdansa, görünməyib pis olmaq daha yaxşıdır. Hansısa bir verilişə gedirsən, orada klounluq edirsən, orada özünü camaata güldürürsən, pis olursan. Ondansa oturursan evdə, çay içirsən, mahnı ilə məşğul olursan. Ən pis halda uşağınla məşğul olursan. Bu da olur gözəl hal".

Daha sonra şəxsi həyatını gündəmə gətirərək göz önündə olmağı qətiyyən sevmədiyini deyən Yaşar bundan sonra da bu cür davam edəcəyini vurğulayıb: 

"Mən ailəmi, ümumiyyətlə, göstərmirəm. Heç vaxt, heç kim deyə bilməz ki, Yaşar ailəsini, uşağını nə vaxtsa göstərib. İnstaqram-da övladımın şəklini paylaşmışam. İki şəkil var. İstəmirəm mənim ailəmi görsünlər. Özəl özəlimdir. Ailə təkcə həyat yoldaşından və uşaqdan ibarət deyil ki. Ana var, ata var, bacı-qardaş var. Mən onların da şəklini paylaşmıram. Ümumiyyətlə, ailəm də istəmir ki, mənim yanımda görüntülənsinlər".

Əvvəllər iş prinsipi aparan müğənnilərin indi ancaq toy bazarına işlədiyini deyən sənətçi şou-biznesdə əvvəlki canfəşanlıqların yox olduğunu da etiraf edib:

"Şou-biznes deyilən bir şey var idi. Müğənnilər bir-birinə baxıb bəhsə girir, iş görürdülər. Son zamanlar çox sakitlikdir. Barmaqla sayılacaq qədər müğənni, aktyor var ki, çalışır. İşlər dayanıb. Əvvəlki canfəşanlıq yoxdur".

Şou-biznesdəki ölü mühitin bu hala düşməsini isə Yaşar bu cür izah edib:
 
"Elə bir mahnı gəlib hit olur, sevilir ki, elə bir müğənni gəlib heyrətlə qarşılanır ki, ona görə də mən çıxardığım səliqəli musiqi yaramır, mən və mənim ətrafımdakı bəzi sənətçilər düşünür ki, ən yaxşısı toydur. Gedib oxuyub yola verək.

Müğənninin konserti olmalıdır. Müğənninin reklamı olmalıdır. Bizdə bu anlayış yoxdur. Bildiyimiz iki üç nəfər var ki, ayda ildə bir dəfə konserti olur. Niyə? Çünki çətindir. Digər ölkələrdə heç olmasa, klub konserti olur. Adam fikirləşir ki, gedim 3 -5 manat qazanım, ailəmə və işimə xərcləyim".

Müğənni ilə yanaşı, onun qardaşı Anar da bu sahədə addım-addım irəlilədiyini deyib:

Anar Yusub: "Yaşar, həqiqətən, çox yaxşı qardaşdır. Hər zaman mənə dəstək olub. Mən 6-7 ildir ki, trioda fəaliyyət göstərirdim. Səkinə İsmayılova və Simarə İmanova ilə işləyirdim. Bir yerdə çalışdıq, festivallar konsertlərimiz oldu".

"Solo karyeranı qurduqdan sonra bu sahədə hansı işlər görmüsən?" sualına isə Anar bu cavabı verib:

Anar Yusub: "Artıq bir ilə yaxındır ki, solo fəaliyyətə başlamışam. "Qurban olduğum" adlı bir klipim də var. Ancaq solo ifalar və albom işləri ilə hələlik məşğul oluram".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Ailəm mənim yanımda görünmək istəmir" - Yaşar Yusub


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/543957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR