SOCAR büdcə ödənişlərini 19% artırıb

SOCAR büdcə ödənişlərini 19% artırıb
12:32 12 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin aprel ayında dövlət büdcəsinə 133,659 mln. manat vəsait ödənilib.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13,814 mln. manat və ya 11,5% çoxdur.
Ümumiyyətlə, cari ilin yanvar-aprel aylarında büdcəyə 530,302 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 85,327 mln. manat və ya 19,2% çoxdur.
Bundan əlavə, 2017-ci ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13,247 mln. manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 109 min manat və ya 0,8% çoxdur. Cari ilin yanvar-aprel aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 49,515 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 4,407 mln. manat və ya 9,8% çoxdur.                               

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-budce-odenislerini-19-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR