Bakı kəndlərinə gedən bəzi sürücülər gediş haqqını qaldırdı

Bakı kəndlərinə gedən bəzi sürücülər gediş haqqını qaldırdı
12:47 12 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür ki, Bakıətrafı kəndlər istiqamətində fəaliyyət göstərən bəzi marşrut xətlərində gediş haqqı qaldırılıb. 

Milli.Az xəbər verir ki, bu səbəbdən qafqazinfo-ya şikayət edən sərnişinlər bildiriblər ki, 131, 107 və 172 nömrəli marşrut avtobuslarının salonunda gediş haqqı 30 qəpik yox, 35 qəpik göstərilir. Təbii ki, sürücülər çox vaxt 5 qəpiyin olmadığını bəhanə gətirərək sərnişinlərdən 40 qəpik çıxırlar.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxladıq. M.Ağayev bildirib ki, hazırda heç bir qiymət artımından söhbət gedə bilməz və həmin avtobusların daşıyıcılarına ciddi xəbərdarlıq ediləcək:

"Qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Bizim əsas tələblərimizdən biri odur ki, gediş haqqı avtobusun salonunda sərnişinlərin görə biləcəyi bir yerdə qeyd olunmalıdır. Kimsə əgər qeyd olunan və ya Tarif Şurasının müəyyən etdiyi məbləğdən artıq ödəniş tələb etsə, müvafiq qaydada cərimələnəcək. Agentlik olaraq məsələni araşdıracağıq və şikayət doğru olduğu təqdirdə həmin marşrut xətlərinin daşıyıcılarına xəbərdarlıq ediləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR