Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümündə iştirak edəcək komandaların sayı və adları açıqlanıb

Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümündə iştirak edəcək komandaların sayı və adları açıqlanıb
12:47 12 May 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda 2017-2018-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün ilk 6 yeri tutmuş “İnter”, "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt” və “Zirə” klublarına, Premyer Liqada iştirak üçün isə “Kəpəz” və “Səbail”ə lisenziya verilib. Əvəzində AZAL, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya lisenziya verilməyib. 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n 13-cü maddəsinə müvafiq olaraq, 2017-2018-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur. “Zirə”nin müraciətinə baxılarkən, UEFA-nın müvafiq qərarı AFFA-nın Lisenziya Komissiyası tərəfindən nəzərə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-2017-2018-movsumunde-istirak-edecek-komandalar-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR