Türk musiqisinin primadonnasının avtomobili 5 kq svarovski ilə bəzədilər - FOTOLAR

Türk musiqisinin primadonnasının avtomobili 5 kq svarovski ilə bəzədilər - FOTOLAR
12:48 12 May 2017
122 Şou
Ölkə mətbuatı
A- A+

Hindistana səfəri çərçivəsində Bülene Ersoy üçün 70 min TL-lik hind avtomobili hazırlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni xüsusi svarovski daşlarla bəzənmiş Tuk-Tuk ilə diqqət mərkəzində olub. Xüsusi olaraq primadonna üçün hazırlanan avtomobilə 5 kq svarovski daşı istifadə edilib və təmiz hind ipəyi ilə örtülüb. Tuk-Tuk adlanan avtomobil modeli bir ay ərzində tamamlanıb və 20 min dollara başa gəlib.

Dəbdəbəni sevən ifaçı ötən il 7 saat davam edən konserti üçün üzünü, dodaqlarını svarovski daşlarla bəzəmişdi. Səhnədən endikdən sonra "Bunlar həqiqi svarovski daşlarıdır, hamısını bir-bir üzümə yapışdırıblar” ,- deyə etiraf edib.

Xatırladaq ki, özəl televiziya kanalının çəkilişləri üçün Mumbaya gedən Banu Alkan, Bülent Ersoy, Burcu Esmersoy və Safiyə Soymanın təyyarə baqajı ümumilikdə 32 min lirə edib. Məşhur ifaçılar özləri ilə 40-a yaxın çamadan aparıb. Lakin 7 nəfərlik çəkiliş qrupu, təxminən 32 min lirəlik baqaj haqqını ödəməyincə qarşısında qarşıdurma yaşanmışdı.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/198503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR