İslamiadanın açılış-bağlanışından sonra Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində sərnişinlər ödənişsiz daşınacaq

İslamiadanın açılış-bağlanışından sonra Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində sərnişinlər ödənişsiz daşınacaq
12:55 12 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

12 və 22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra “Koroğlu” - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən “KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR