Biləcəri-Xıradalan-Sumqayıt qatarı pulsuz işləyəcək

Biləcəri-Xıradalan-Sumqayıt qatarı pulsuz işləyəcək
12:57 12 May 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Biləcəri-Xıradalan-Sumqayıt dəmir yolu marşrutu ilə sərnişinlər ödənişsiz daşınacaq.  Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumatda deyilir.
"Mayın 12-si və 22-də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, “Koroğlu”-"Bakı Sərnişin" stansiyaları marşrutu üzrə işləyən “KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək", - deyə xəbərdə bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/bileceri-xiradalan-sumqayit-qatari-pulsuz-isleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR