Ərdoğandan sərt açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfər öncəsi ABŞ-la bağlı açıqlama verib.

Metbuat.az bildirir ki, çinli həmkarı Şinin dəvəti ilə mayın 14-15-də Pekinə səfər edəcək Ərdoğan "Nəsillər və Yol" zirvə toplantısına qatılacaq:

“Türkiyənin Avropa və Asiya arasında körpü rolunu oynaması danılmaz faktdır. “Böyük İpək Yolu” layihəsinin inkişafında Türkiyə əvəzsiz rol oynayır. Türkiyə rəsmi Pekinlə ticarətlə yanaşı, terrorla mübarizədə də əməkdaşlığa hazırdır. Çindən sonra ABŞ-a ziyarət edəcəm. ABŞ-a göndərdiyimiz nümayəndə heyəti artıq Türkiyədədir. Trampla görüş zamanı İŞİD-lə mübarizə, PKK-nın Suriyadakı qolu YPG, Suriya, İraq məsələləri müzakirə ediləcək. Görüş ABŞ-Türkiyə əlaqələrində yeni faza açacaq. Türkiyə bölgədə terrorla mübarizəni ən sərt şəkildə həyata keçirən dövlətdir. Bəziləri terrorizmlə mübarizədə sözlər vəd etsə də, biz hərəkətimizlə işimizi göstəririk. Mağaraların altından çıxan silah depoları göz qabağındadır. Suriya və İraqda saysız əməliyyatlar keçirmişik. Əməliyyatları davam etdirməsək, bizə qarşı təhdidlər davam edəcək. Təhdid nə ABŞ, nə də Rusiyayadır, təhdid bizə qarşı yönəlib. ABŞ-ı terror qruplaşmasına dəstək verən bir dövlət kimi görə bilmirəm. Eyni sözləri Vladimir Putinə də demişəm. Belçikada bələdiyyə sədri də küçələrin təmizliyi məsələsi ilə məşğul olsun. Onun NATO adından danışmağa ixtiyarı yoxdur”.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR