İntihar edən Elgünün son paylaşımı

Dünən Bakı şəhərinin Xətai rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atan 30 yaşlı Elgün Əsədov SOCAR-ın mühəndisi olub. O, ailəli, 1 uşaq atası olub.

Elgün intihar etməzdən bir gün öncə sosial şəbəkədə Zəlimxan Yaqubun müəllifi olduğu "Öldürün məni" şeirini paylaşıb. İntihar etdiyi gün isə "Ölüm arzusu ilə.." statusunu yazaraq intihar edib.

Elgünün atası oğlunun depressiyada olduğunu və özünü öldürəcəyini ona dediyini deyib. Elgünün xeyli miqdarda borcunun olduğu da məlum olub.

Qeyd edək ki, Elgün ailəlidir və bir oğlu var.

//Azxeber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR