Erməni girovluğunda saxlanılan Elnur Hüseynzadədən XƏBƏR VAR

Erməni girovluğunda saxlanılan Elnur Hüseynzadədən XƏBƏR VAR
13:05 12 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadə ailəsinə məktub göndərib.

Milli.Az xəbər verir ki, bu barədə azvision-a girovun atası Elman Hüseynov məlumat verib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E.Hüseynzadəyə baş çəkiblər.

"Məktub çox qısadır. "Salam" və "sağ olun" sözləri yazılıb. Həmçinin oğlum vəziyyəti ilə bağlı yalnız bir söz yazıb: "Salamatam". Elnura görə çox narahatam. O, bizim yeganə övladımızdır".

Xatırladaq ki, Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində girov götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/543995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR