Azərbaycan nümayəndə heyəti Çinə gedəcək

Azərbaycan nümayəndə heyəti Çinə gedəcək
13:22 12 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 14-də Çinin paytaxtı Pekin şəhərində "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində Yüksək Səviyyəli Forum keçiriləcək. Forumda Azərbaycanı İqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Tədbirdə 28 ölkədən dövlət və hökumət başçılarının, 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin, sərmayədarların, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.

Forumda Azərbaycanı İqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2752991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR