Dünya çempionumuzun İslamiadada rəqibi müəyyənləşib

Dünya çempionumuzun İslamiadada rəqibi müəyyənləşib
13:29 12 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi dəqiqləşib. 60 kq çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev 1/4 finalda Hakan Doğanla (Türkiyə) üz-üzə gələcək.

Bu barədə Trend-ə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Dünya çempionumuzun rəqibi bu gün keçirilən 1/8 final döyüşündə müəyyənləşib. Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli idmançı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

C.Çələbiyevin türkiyəli boksçu ilə görüşü mayın 14-də olacaq.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR