Türkiyəli boksçu: Azərbaycan İslam Oyunlarını yüksək səviyyədə təşkil edib

Türkiyəli boksçu: Azərbaycan İslam Oyunlarını yüksək səviyyədə təşkil edib
13:43 12 May 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Oyunlarda iştirak edən Türkiyə boksçusu Hakan Doğan deyib.

O qeyd edib ki, burada idmançılar üçün hər cür şərait yaradılıb.

İlk döyüşünü Qayana idmançısı ilə keçirən H.Doğan bildirib ki, mübarizə çətin keçib: “Rəqibim fiziki baxımdan məndən güclü idi, lakin bütün gücümü sərf edib qalib gəldim”.

H.Doğan bildirib ki, növbəti döyüşdə Azərbaycan boksçusu, dünya çempionu Cavid Cəbiyevlə qarşılaşacaq: “Azərbaycanlılar bizim qardaşımızdır, ancaq bu bir idman yarışıdır və hər kəs qalib olmağa çalışır”.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR