Prosineçki Buffona "nümunə" göstərildi

Prosineçki Buffona "nümunə" göstərildi
13:47 12 May 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya yığmasının və "Yuventus"un qapıçısı Canluici Buffon meydandan kənardakı davranışı ilə gündəmə gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 39 yaşlı qolkiper siqaret çəkərkən yaxalanıb.

Onun Çempionlar Liqasının yarımfinal mərhələsinin "Monako" ilə cavab matçından (2:1) sonra siqaret çəkməsi paparatsilərin diqqətindən yayınmayıb.

Buffonun bu hərəkəti Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkini də gündəmə gətirib. Avropa mətbuatı italiyalı qapıçının oyunun yorğunluğunu məhz Prosineçki kimi çıxartdığını yazıb. Onlar 48 yaşlı çalışdırıcının futbolçu vaxtı səsləndirdiyi "Düşünmürəm ki, siqaret və viskini atsam, dünyanın ən yaxşı komandalarından biri olacağıq" fikrini xatırladıblar.  

Millimizin baş məşqçisi isə belə bir vərdişinin olduğunu heç vaxt inkar etməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR