Ermənilərin Şuşanı "paytaxt" seçməsinin səbəbləri

Ermənilərin Şuşanı "paytaxt" seçməsinin səbəbləri
13:52 12 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənilər Şuşanı "paytaxt" seçməklə bir neçə məsələni həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan, yəni strateji cəhətdən öz xeyirlərinə həll etmək istəyirlər.

Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev deyib.


Ekspertin fikrincə, ermənilər bununla eyni anda bir neçə məqsədə nail olmağa çalışırlar: "Ermənilər əsrlər boyu alınmaz qalaya çevrilən Şuşanı zəbt etməklə öz "qəhrəman"lığını göstərmək istəyirlər. Digər tərəfdən, dövlətin adını dəyişib "Artsax" qoymaqla yeniləşmə etmək və özlərinin qondarma idarəçi qurumlarını ora köçürmək istəyirlər. Bununla İrəvana daha yaxın olurlar. Çünki əgər qəflətən ermənilərin tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların boşaldılmasına başlansa, ən son anda məhz Şuşa və Laçın gündəmə gələ bilər. Bundan başqa ermənilərin lobbiçilik siyasəti müqayisədə Xankəndinə nisbətən Şuşa ilə daha çox bağlıdır. Həm də Şuşa yüksəklikdə yerləşdiyi üçün onun strateji əhəmiyyəti daha çoxdur".

A.Nağıyev hesab edir ki, ermənilərin bu təxribatçı addımına sərt reaksiya verilməlidir: "Təbii ki, Azərbaycan tərəfi belə halları daim nəzərə alıb və beynəlxalq təşkilatlar da bu haqda məlumatlıdırlar. Ona görə də fikrimcə, əsasən, xarici siyasətdə mühüm addımlar atmaq lazımdır və düşünürəm ki, atılır".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/544000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR