Türk qızı ABŞ bankına sədr seçildi - 35 yaşı var

Türk qızı ABŞ bankına sədr seçildi - 35 yaşı var
13:53 12 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Əslən türk olan 35 yaşlı Hafizə Qayə Erkan 3 il əvvəl ABŞ-da fəaliyyət göstərən "First Republic Bank"da işə başlayıb. Ötən gün 3 ildir əməkdaşı olduğu bankın sədri seçilib.

Publika.az xəbər verir ki, 35 yaşlı Hafizə Qayə Erkan ABŞ-ın ən gənc maliyyə professoru seçilib. ABŞ-da Hafizə "Müthiş türk qızı" ləqəbi ilə tanınır.

Əsası 1985-ci ildə qoyulan "First Republic Bank"da 3 il əvvəl işləməyə başlayan Hafizənin bu qədər qısa vaxtda belə bir posta yüksəlməsi gözlənilməz olub.

32 illik tarixi olan ABŞ bankına sədr olan 35 yaşlı Türk qızı dünya mediyasının gündəmini zəbt edib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR