Avstriyada Gülnarə Xəlilovanın milli kolleksiyası təqdim edilib - FOTO

Avstriyada Gülnarə Xəlilovanın milli kolleksiyası təqdim edilib - FOTO
14:05 12 May 2017
Ölkə mətbuatı
A- A+

Avstriyanın paytaxtı Vyananın "Hilton" otelində Azərbaycanın tanınmış dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş yeni kolleksiyasının nümayişi olub.

Bunu Milli.Az-a Gülnarə Xəlilovanın Milli Geyim Mərkəzinin mətbuat xidmətindən deyiblər.

Dəfilədə "Miss Union-2017" beynəlxalq gözəllik müsabiqəsinin dünyanın müxtəlif ölkələrindən olan finalçıları iştirak ediblər. Yeni kolleksiyada Azərbaycan milli ornamentləri yer alıb, geyimlərin özləri isə müasir stilizasiyada yaradılıb.

G. Xəlilova bildirib: "Məlum olduğu kimi 2015-ci ildə mənim milli geyim kolleksiyam Londonda Bakı Birinci Avropa Oyunlarının təqdimatı çərçivəsində təqdim edilib. Bu dəfə Bakıda İslamiada ərəfəsində kolleksiyamı Avropanın düz mərkəzində - Vyana şəhərində nümayiş etdirmək qərarına gəldim. Bu, milli dəyərlərimizin daha çox təbliğatına, habelə Avropa ictimaiyyətinin böyük hadisə olan İslamiadaya diqqətini cəlb etməyə istiqamətlənib. İslamiada təkcə idman, sülh və dostluq bayramı deyil, həm də gözəl ölkəmizi bütün dünyaya göstərməyin, çoxsaylı qonaqlarımızı qədim mədəniyyət və ənənələrimizlə tanış etməyin növbəti fürsətidir".

Yeni kolleksiyanın nümayişi gecənin qonaqlarında böyük maraq yaradıb, onlar kolleksiyanı gur alqışlarla qarşılayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR