Ermənistan prezidentinin yeni vəzifəsi açıqlanıb

Ermənistan prezidentinin yeni vəzifəsi açıqlanıb
14:12 12 May 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Səlahiyyət müddəti başa çatdıqdan sonra Ermənistan prezidenti Serj Sarqsyan ölkəsinin Milli Təhlükəsizlik Şurasının katibi postunu tutacaq.
“Report” xəbər verir ki, bunu Ermənistanda çıxan “İrates” qəzeti yazıb.
İnformasiyaya əsasən, o, bununla dövlət qərarlarının qəbuluna təsir imkanlarını qoruyacaq.
Bir müddət əvvəl Serj Sarqsyan gələcək fəaliyyətinin təhlükəsizlik sahəsi ilə bağlı oldğunu bildirmişdi.
Xəbərdə bildirilib ki, o, bu vəzifəyə ötən ildən hazırlaşıb. 2016-cı ilin avqustunda Serj Sarqsyanın sərəncamı əsasında Milli Təhlükəsizlik Şurasının katibliyi təsis edilib.
Qeyd edək ki, Ermənistan prezidentinin səlahiyyət müddəti 2018-ci ilin aprelində başa çatır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-prezidentinin-yeni-vezifesi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR