Növbəti İslam Oyunlarının harada keçiriləcəyi AÇIQLANDI

Növbəti İslam Oyunlarının harada keçiriləcəyi AÇIQLANDI
14:12 12 May 2017
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, çox gözəl idman oyunlarına ev sahibliyi edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin Gənclər və idman naziri Akif Çağatay Kılıc deyib.

IV İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gəldiyini deyən nazir bildirib ki, V İslam Həmrəyliyi Oyunları da İstanbulda keçiriləcək:

"Çox fərqli bir İslam Həmrəyliyi Oyunları yaşayacağıq. Yüksək şəkildə keçiriləcək açılış mərasimini hamımız birlikdə izləyəcəyik. Daha sonra - 2021-ci ildə isə İstanbulda V İslam Həmrəyliyi Oyunları keçiriləcək".

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/544008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR