Sizcə, bu xanımın neçə yaşı var? - FOTO

Sizcə, bu xanımın neçə yaşı var? - FOTO
14:17 12 May 2017
173 Maraqlı
Ölkə mətbuatı
A- A+

Oğlumla gəzintiyə çıxanda, kinoya və ya restorana gedəndə elə bilirlər sevgililərik. Gülürəm, əylənirəm. Deməli, cavan qalmışam.

Çinqli Lyu Elin belə deyir.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, çinli Lyu Elin gerçəkdən də, yaşından xeyli gənc görünür. Daha doğrusu, onu görənlər xanım Lyunun yaşını müəyyənləşdirməyə çətinlik çəkir.

Kosmetikadan çox nadir hallarda istifadə edən Lyu Elin fitness və üzgüçülük fanatıdır. O, Malakk boğazını 4 saata üzərək keçib.

17 yaşında kitabxanaçı işləməyə başlamış L.Elin indi təqaüddədir. O, fotolarını sosial şəbəkələrdəki profillərində paylaşmağa başlayandan sonra məşhurlaşıb.

Milyonlarla insan Lyu Elinin yaşına rəğmən, belə gənc görünüşlü qalmasına təəccübləniblər.

"Oğlumun 22 yaşı var və o, kinoşirkətdə assistent işləyir. Sosial şəbəkədə profil açmağımın təşəbbüskarı da oğlum oldu. Uzun müddət yaşımı yazmadım. Çoxları məni oğlumun sevgilisi, bəziləri də bacısı sanırdılar. Oğlumla bu şərhləri oxuyub gülürdük", - Lyu Elin deyib.

Lyu Elin 1968-ci ildə Çinin Henan vilayətində doğulub.

Yaşından xeyli gənc görünən bu xanımın 49 yaşı var.

"Özümü, sanki, 15 yaşlı qız kimi hiss edirəm. 80 yaşıma çatanda da gözəl və məlahətli qalmaq istəyirəm", - sosial şəbəkələrin yeni fenomeninə çevrilmiş Lyu Elin deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR