Daha bir məşhur "Maşın şou"dan imtina etdi

Daha bir məşhur "Maşın şou"dan imtina etdi
14:22 12 May 2017
177 Şou
Ölkə mətbuatı
A- A+

Mayın 28-də "Maşın" realiti-şousunun növbəti buraxılışı yayımlanacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yarışmaya dəvət olunan bir çox tanınmışın adı artıq açıqlanıb. Onların bir çoxları şouya qatılmaqdan imtina ediblər.

Əldə etdiyimiz məlumata görə, şouya dəvət alanlar arasında müğənni Rəqsanə İsmayılova da yer alıb. Amma Rəqsanə təklifdən imtina edib.

Sənətçi əməkdaşımızla söhbətində bildirib ki, hazırda başı yeni işlərinə qarışıb:

"Murad Dadaşovu (aparıcı - red.) çox istəyirəm. Amma mənim məclislərim var. İki dəfə bu şouda olmuşam. Həm də köhnə heyətdən kimlərsə olsaydı, razılaşardım. Amma heç kim olmadığı üçün imtina etdim".

Rəqsanə efirlərə qadağa qoyulması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

"Dəfələrlə verilişlərdən təkliflər alıram. Amma bakıda olmadığım üçün qatıla bilmirəm. Hdç bir qadağam yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR