Dmitri Nazarovun yeni klubu

Dmitri Nazarovun yeni klubu
14:37 12 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin üzvü Dmitri Nazarovun yeni klubu müəyyənləşmək üzrədir.

Milli.Az bildirir ki, yeniçağ.az-a bu barədə özəl məlumat daxil olub. Hazırda Almaniyanın II Bundesliqasında çıxış edən "Aue"nin üzvü, karyerasını Rusiyada davam etdirməyə çox yaxındır. Belə ki, 27 yaşlı yarımmüdafiəçinin xidmətində Moskvanın "Lokomotiv" klubu maraqlıdır.

Rusiya təmsilçisinin baş məşqçisi, "Qəbələ"nin sabiq çalışdırıcısı Yuri Syomin də futbolçunun transferinə "hə" deyib. Nazarovun özü də Premyer Liqada çıxış etməyə müsbət yanaşır. Məsələyə qarşıdakı günlərdə rəsmən aydınlıq gələcək.

Qeyd edək ki, Nazarov cari mövsümdə meydana çıxdığı 29 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR