Murad Dadaşov Samiraldonun ittihamlarına cavab verdi

Murad Dadaşov Samiraldonun ittihamlarına cavab verdi
14:42 12 May 2017
175 Şou
Ölkə mətbuatı
A- A+

Şoumen eşitdiklərindən təəccübləndi

Maşın" realiti şounun yaradıcısı Murad Dadaşov stilist Samiraldonun ittihamlarına cavab verdi.

Milli.Az xəbər verir ki, istipress-ə açıqlama verən əməkdar artist eşitdiklərindən təəccübləndiyini gizlətmədi və fikirlərini gülərək ifadə etdi:

"Vallah, mənə sizinlə mübahisə etmək çətindir. O, deyəsən, hallüsinasiyalar görüb. Mən, ümumiyyətlə, "Bomba" mükafatlandırma mərasimində olmamışam. Onun öz həyatı, öz həyat tərzi var. Xoşbəxt olsun. Mənim axı onunla yolum harada kəsişə bilər? (gülür). Təki o, öz dünyasında yaşasın. Mən onu heç yerə dəvət etməmişəm. Əgər "Maşın" şouda iştirak etmək istəyirsə, biz buna hələ baxarıq. Bu, mənim şoumdur. Mən ora şouya uyğun insanları dəvət edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR