Dişlər necə fırçalanmalıdır?

Dişlər hər yemək yedikdən sonra fırçalanmalıdır.

Metbuat.az xəbər verir ki, dişdə qalan qida artıqları bir müddət sonra qlükoza turşusuna çevrilir və çürüməyə səbəb olur. Sadəcə diş deyil, ağzın içi də fırçalanmalıdır.

Dişin 4 səthi var. Diş, iç, çeynəyici və dişarası hissələr fırçalanmalıdır. Diş arasındakı oyuqlara fırçanın tükləri girməlidir. Bunun üçün dişə 45 dərəcəlik bucaqla fırçanı sürtmək lazımdır. Sadəcə irəliyə-geriyə deyil, oval hərəkətləri ilə fırçalayın. Mütləq 2-3 dəqiqə fırçalamaq lazımdır. Dişlərin də canlı olduğunu unutmayın, zədələmədən fırçalamağa diqqət göstərin.

Stomatoloqlar deyir ki, diş fırçanız 1 ay içərisində deformasiya olunubsa, deməli diş fırçalamaq texnikanız düzgün deyil. Diş məcunu az istifadə edin. Diş ətləri və dil də mütləq fırçalanmalıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR