Dövlət Komissiyası: İtkin düşmüş şəxslərə dair siyahının dəqiqləşdirilməsi yekunlaşmaq üzrədir

Dövlət Komissiyası: İtkin düşmüş şəxslərə dair siyahının dəqiqləşdirilməsi yekunlaşmaq üzrədir
14:47 12 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilən vəzifələrin icrası məqsədi ilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir.
Bu barədə "Report"a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş yaxınlarının qeydiyyatı ilə bağlı Dövlət Komissiyasına müraciət etməmiş vətəndaşlar qısa müddətdə İşçi qrupuna məlumat verməlidirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/dovlet-komissiyasi-i-tkin-dusmus-sexslere-dair-siyahinin-deqiqlesdirilmesi-yekunlasmaq-uzredir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR