Daha bir qanunsuz transfer aşkarlandı

Daha bir qanunsuz transfer aşkarlandı
14:52 12 May 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

FİFA qeyri-qanuni transferlərə əl atan klublarla bağlı araşdırmalarını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, daha bir keçiddə qanunsuzluğa yol verildiyi aşkarlanıb.

Belə ki, Roberto Firminonun 2015-ci ildə "Hoffenhaym"dan "Liverpul"a transferi zamanı İngiltərə klubu 40 milyon avro xərc çəkib. Halbuki, Bundesliqa təmsilçisi bu keçidə görə, cəmi 11 milyon gəlir əldə edib. Məlumatda bildirilir ki, qalan 29 milyon avro qanunsuz yolla almaniyalı milyarder Ditmar Hoppa məxsus transfer şirkətinə köçürülüb. Bu, təsdiqini taparsa, FİFA "Liverpul" klubunu cəzalandıracaq.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Pol Poqbanın "Yuventus"dan "Mançester Yunayted"ə keçidi zamanı futbolçunun meneceri Mina Rayolanın hər üç tərəfdən ümumilikdə 40 milyon funt-sterlinqdən çox pul qazandığı üzə çıxıb və FİFA bununla bağlı araşdırmaya başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR