Sarkisyanın iki il sonrası üçün AĞLAGƏLMƏZ PLANI - Gizli hədəf nədir?

Sarkisyanın iki il sonrası üçün AĞLAGƏLMƏZ PLANI - Gizli hədəf nədir?
14:53 12 May 2017
109 Digər
Ölkə mətbuatı
A- A+

2018-ci ildə prezident səlahiyyətlərini təhvil verəcək Serj Sarkisyanın Milli Təhlükəsizlik Şurasının rəisi vəzifəsinə keçəcəyi haqda informasiya yayılıb.

Publika.az
xəbər verir ki, bu haqda Ermənistanın “İrates” qəzeti yazıb.

Qəzet qeyd edib ki, Sarkisyan bununla ölkənin idarəçiliyində öz təsirlərini saxlayacaq.

Qəzetin məlumatına görə, Sarkisyan özü üçün bu postu hələ 2016-cı ildə hazırlamağa başlayıb. 2016-cı ilin avqustunda Sarkisyan Milli Təhlükəsizlik Şurasının katibliyinin yaradılması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, şura parlament respublikası üsul-idarəsinə keçiddən sonra, konstitusiya orqanı statusu alır və ölkədə qərarların qəbul edilməsində yaxından iştirak edir. Daha sonra o, şuranın aparatının buraxılması ilə bağlı sərəncam imzaladı.

Qəzet əlavə edib ki, Sarkisyanın təşəbbüsü ilə irəli sürülən “millət-ordu” ideyası da Milli Təhlükəsizlik Şurasının əlində hakimiyyətin əsas güclərini cəlməşdirməyə və bütün sferalarda siyasəti müəyyən etməyə icazə verəcək.

Qəzet bu şuranın ölkənin idarəçiliyində böyük səlahiyyətlər əldə etməsinin Ermənistanın daxili siyasətində ciddi qarşıdurmalara səbəb olacağını da yazıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/198534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR