Həbsxanadan qaçan məhkum məktub yazıb intihar etdi - Cəsədi tapılmır - VİDEO - FOTO

Həbsxanadan qaçan məhkum məktub yazıb intihar etdi - Cəsədi tapılmır - VİDEO - FOTO
15:05 12 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana şəhərində suvarma kanalına atladığı iddia edilən həbsxana fərarisinin əşyaları arasında tapılan məktubda "Son çarə ölüm! Ha bu gün, ha sabah" sözləri hadisənin intihar olduğu ehtimalını artırıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, hadisə Adananın Seyhan mahalı, Yeşilyurt məhəlləsində Dövlət Su İşlərinə (DSİ) aid suvarma kanalında baş verib.

Saatlar öncə H.A. həbsxanadan fərarilik edib. Daha sonra psixi sarsıntı keçirdiyi iddia edilən H.A Özen körpüsündən özünü su kanalına atıb. Bir vətəndaş onun suya atıldığını görüb. Hadisə yerinə gələn səlahiyyətlilər kanal sahilində H.A-ya aid qeyd yazılmış kağız və bəzi əşyalar tapıblar. Kanala atıldığı iddia edilən H.A.-nın axtarış işləri davam edir.

Məktubda tam olaraq bu sözlər yazılıb:

"Bacım Elif, olmadı, canım mənim, dözə bilmədim. Nifrətedici həyat qısa, sözüm yoxdur. Son çarə ölüm! Ha bu gün, ha sabah, əlvida. Yeni həyat, ölüm, salam. Ağlamayın, kədərlənməyin. Sizləri çox sevirəm. Ana, ata, bacılarım əlvida, oğlunuz H.".

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Həbsxanadan qaçan məhkum məktub yazıb intihar etdi: cəsədi tapılmır

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR