"Nikoil Bank"ın baş ofisində "exchange"i həftənin 7 günü işləyəcək

"Nikoil Bank"ın baş ofisində "exchange"i həftənin 7 günü işləyəcək
15:07 12 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ IV İslam Həmrəylik Oyunları ilə əlaqədar "Nikoil Bank" ASC-nin Bakı şəhəri, Puşkin küçəsi,30 ünvanında (baş ofis) yerləşən valyuta mübadiləsi şöbəsi 12-22 may tarixlərində şənbə və bazar günləri daxil olmaqla xidmət göstərəcək.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Valyuta mübadiləsi məntəqəsində həftənin 7 günü saat 09:00-dan 20:00-dək valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək mümkün olacaq.
"Nikoil Bank" hesablaşma, depozit, kart, kredit və zəmanət kimi bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ veb-səhifəyə (www.nikoil.az) daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nikoil-bank-in-bas-ofisinde-exchange-i-heftenin-7-gunu-isleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR