Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində

Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində
15:08 12 May 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 12-də Almaniyanın “Verlag H.Y.Maurer” nəşriyyatının direktoru cənab Hans Yurgen Maurer Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı müxtəlif dövrlərdə Henrix Böll, Herbert Franke, Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass, Lion Feyxtvanger kimi məşhur alman ədiblərinin əsərlərinin Tərcümə Mərkəzi tərəfindən tərcümə edilərək, Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb.

Daha sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında ədəbi körpülərin qurulması və Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb edəcək “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Frankfurtda nəşri, Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdimatı, kitabın Almaniya və Avstriyanın aparıcı kitabxanalarına paylanılmasına dair məsələlələr müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR