Pakistanda vitse-spikerin maşını partladıldı: 20 ölü, 35 yaralı

Pakistanda vitse-spikerin maşını partladıldı: 20 ölü, 35 yaralı
15:12 12 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanda növbəti dəfə partlayış baş verib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, hadisə Bəlucistan əyalətində qeydə alınıb.

Yerli mətbuatın yaydığı xəbərə görə, hədəf Pakistan senatının sədr müavini Maulana Heydərinin olduğu avtomobil korteji olub.

Nəticədə 20 nəfər ölüb, 35 nəfər yaralanıb. Partlayış zamanı senatın sədr müavini də xəsarət alıb. O, dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb. 

Qeyd olunub ki, sədr müavininin aldığı xəsarət ciddi deyil. Məlum olub ki, Maulana hadisə zamanı öz maşınında olmayıb.

Partlayış nəticəsində Maulana Heydərinin sürücüsü və bir neçə mühafizəçisi həyatını itirib. 

Hazırda heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR