Məhəmmədrəsul Məcidov: Növbəti döyüşdə də qalib gələcəyəm

Məhəmmədrəsul Məcidov: Növbəti döyüşdə də qalib gələcəyəm
15:22 12 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Növbəti rəqibimin kim olacağını hələ ki, bilmirəm, amma inanıram ki, növbəti döyüşdə də qalib gələcəyəm.

Trend-in məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışlarına Azərbaycanı təmsil edən Məhəmmədrəsul Məcidov deyib.

Bəzi zədələrinin olduğunu deyən idmançımız yarışlara yaxşı hazırlaşdığını deyib: “Mənim zədələrim var idi, lakin buna baxmayaraq yarışlara yaxşı hazırlaşmışam. İnanıram ki, növbəti döyüşlərdə daha yaxşı çıxış edəcəyəm”.

İdmançımız qalib gələcəyinə inandığını bildirib: “Məqsədim qalib gəlmək, Azərbaycana qızıl medal qazandırmaqdır. Fəxr edirəm ki, Azərbaycanı təmsil edirəm”.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR