ABŞ-dan Qarabağ açıqlaması: “Biz...”

ABŞ-dan Qarabağ açıqlaması: “Biz...”
15:23 12 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün tərəflərə kömək edir”.

Publika.az
xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Onun sözlərinə görə, bu gün danışıqlar masasında böhran vəziyyətindən çıxış yollarını nəzərdə tutan baza təklifləri və sənədlər var və heç kim bundan imtina etməməlidir.

“Məsələ ondadır ki, münaqişə tərəfləri hər iki xalqa sabitliyi gətirəcək sülh üçün siyasi iradəni tapmalıdır. Problem ondadır ki, bu gün erməni və azərbaycanlı gənclər bir-biri ilə ünsiyyət saxlamır, qarşılıqlı etibar yoxdur. Hərçənd köhnə nəsil yaxşı xatırlayır ki, iki xalqın nümayəndələri tamamilə sakit şəkildə bir yerdə yaşayırdı”, - deyə o bildirib.

Amerikalı həmsədr qeyd edib ki, Minsk qrupu üç baza prinsipinə əsaslanır: “Gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə. Biz təslim olmuruq, tərəflər təslim olmur, ümumiyyətlə heç kim təslim olmur. Hamı sülh yolları axtarır”.

Hoqland münaqişənin həlli məsələsində optimist olduğunu vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/198543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR