DİM "British Council"la yeni əməkdaşlıq məsələlərini müzakirə edib

DİM "British Council"la yeni əməkdaşlıq məsələlərini müzakirə edib
15:29 12 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) ilə “British Council” təşkilatı arasında ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi sahəsində bir neçə layihənin həyata keçirilməsi məsələsi müzakirə edilib.

DİM-dən Trend-ə verilən məlumata görə, bu məsələlər DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt arasında keçirilən növbəti görüşdə müzakirə edilib.

Müzakirələrə əsasən, magistratura səviyyəsinə qəbul imtahanında ingilis dili komponentinin təkmilləşdirilməsi, orta ümumtəhsil müəssisələrində tətbiq olunan yeni tədris proqramlarına (kurikuluma) əsaslanan buraxılış imtahanlarında bacarıqların qiymətləndirilməsində ingilis dili fənni üzrə qabaqcıl təcrübənin tətbiqi, həmçinin DİM-in keçirdiyi test imtahanlarında istifadə olunan ingilis dili bölməsinin beynəlxalq standartlara uyğunluğunu müəyyən etmək üçün layihə üzrə gələcək fəaliyyət planı tərtib olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR