Bilik Fondu Pedaqoji Kollecdə "Mayak" filmini nümayiş etdirib (FOTO)

Bilik Fondu Pedaqoji Kollecdə "Mayak" filmini nümayiş etdirib (FOTO)
15:29 12 May 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində “Narkomaniyaya “Yox!” deyək” şüarı altında tədbir keçirilib.

Fondun un İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, tədbirdə Kollecin və Fondun əməkdaşları, tələbələr iştirak ediblər.

Pedaqoji Kollecin direktor müavini Afaq Əliyeva tələbələrə Bilik Fondu ilə əməkdaşlığın təhsil müəssisəsinin həyatındakı rolundan və gənclərin hərtərəfli inkişafında maarifləndirici layihələrin əhəmiyyətindən danışıb.

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Tibbi maarifləndirmə” proqramı çərçivəsində görülən işlərdən danışıb, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işinin vacibliyini vurğulayıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudovanın "Sağlam həyatı seçək, narkomaniyaya yox deyək" mövzusunda mühazirəsi Kollecin müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb.

Sonra rejissor Fariz Əhmədovun narkomaniyanın fəsadlarını əks etdirən qısametrajli “Mayak” filmi nümayiş olunub.

Tədbirdə iştirak edən rejissor F.Əhmədov və D.Mahmudova tələbələrin çoxsaylı suallarını cavablandırıblar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR