Bu il Qarabağda qanlı müharibə başlaya bilər

Bu il Qarabağda tammiqyaslı müharibə gözlənilir.

Bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin dünyadakı risklər barədə hesabatında qeyd edilir. Bildirilir ki, tərəflərin kompromislərə getmək niyyətinin olmaması və ölkələr daxilində artan təzyiqlər bu il Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Bununla bağlı Metbuat.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirdi ki, qondarma "Dağlıq Qarabağ Respubikası"nın bir sıra hərəkətləri Azərbaycan üçün müharibə səbəbi ola bilər:

“Müharibəni tətikləyən, qızışdıran amillər var. Bu amillərin əsas səbəbkarları Rusiya, Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası”dır. Rusiya tərəfi mətbuata tez-tez belə fikirlər göndərir ki, müharibə başlasa, Ermənistanla Rusiya arasında imzalanan sazişə əsasən, Ermənistanda yerləşən Rusiya qoşunları məsələyə biganə qalmayacaq. Bir sözlə, Ermənistan və onun qəyyumları müharibəni qızışdırmaqda davam edirlər.

Hələ ki, Azərbaycan bu müharibədə hücum edən, atəşkəs rejimini pozan tərəf kimi çıxış etməyəcək. Azərbaycan 2-5 aprel hadisələrində də belə etmədi. İstənilən halda atəşkəs rejimi Ermənistan tərəfindən pozulacaq və Azərbaycan tərəfi buna cavab verəməyə məcbur qalacaq”.

Xəyalə Məmmədova / METBAUT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR