Məhəmmədrəsul Məcidovdan uğurlu çıxış

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Metbuat.az xəbər verir ki, 91 kiloqramdan yuxarı çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazağıstanlı Nurlan Saparbayla qarşılaşıb. Döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini II raunda nokdauna da salan M.Məcidov yekunda 5:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, boksçumuz 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də olacaq.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR