Pakistan Senatının sədr müavini Bəlucistanda 25 nəfərin həlak olduğu partlayışda yaralanıb

Pakistan Senatının sədr müavini Bəlucistanda 25 nəfərin həlak olduğu partlayışda yaralanıb
15:37 12 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Pakistan Senatının sədr müavini Mövlana Əbdül Qafur Hayderi Bəlucistanda vilayətində törədilən partlayışda yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayış Mastunq bölgəsində baş verib. Yüksək vəzifəli məmur tədbirdən geri dönərkən korteji partladılıb.
Qafur Hayderi yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
"Tribune.com.pk" portalının məlumatına görə, partlayış nəticəsində ümumilikdə 25 nəfər həlak olub, 35 nəfər yaralanıb.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pakistan-senatinin-sedr-muavini-belucistanda-25-neferin-helak-oldugu-partlayisda-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR